Texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişdi

   Texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişdi
  12 Fevral 2025    Oxunub:285
Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, həmin mərkəzlər həftənin 1 və 4-cü günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

AzVision.az



Teqlər:





Xəbər lenti