Pekin Putini və Trampı qəbul etməyə hazırdır

   Pekin Putini və Trampı qəbul etməyə hazırdır
  13 Fevral 2025    Oxunub:346
Ukraynada müharibənin dayandırılmasına kömək məqsədilə Çin ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Putin arasında görüşə ev sahibliyi etmək təklifini irəli sürüb.
AzVision.az xəbər verir ki, özünün Pekindəki və Vaşinqtondakı mənbələrinə istinad edən “Wall Street Journal (WSJ)” qəzetinin yazdığına görə, çinli məmurlar vasitəçilərin köməyi ilə Tramp komandasına Putinlə görüşmək və mümkün barışıqdan sonra səyləri asanlaşdırmaq təklifi irəli sürüblər.

Amma dünən gecə saatlarında Trampın Səudiyyə Ərəbistanında Putinlə görüşməyi planlaşdırdığına dair məlumatlar yayılıb.

Bu gün isə Amerikanın “Müharibənin Tədqiqi İnstitutu”nun (ISW) analitikləri Putinin Ukraynaya qarşı müharibəyə son qoymaq üçün gələcək sülh danışıqlarında heç bir güzəştdə maraqlı olmadığı barədə icmal dərc ediblər. Ekspertlərin fikrincə, əvvəla, Putin sadəcə olaraq, bununla maraqlanmır, ikincisi, bundan sonra da öz maraqlarını ABŞ və Avropaya sırımaq üçün əlindən gələni edəcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Pekin   Tramp   Putin  





Xəbər lenti