"ASAN xidmət"in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində

"ASAN xidmət"in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində
  13 Fevral 2025    Oxunub:311
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammitində iştirak edib.
Sammit çərçivəsində Dövlət Agentliyinin sədri “Dövlət xidmətlərinin mükəmməlliyi və fəaliyyət səmərəliliyi: uğurlar və öyrənilmiş təcrübələr” mövzusunda təşkil olunan sessiyada çıxış edib. O, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və bu xüsusda “ASAN xidmət” modelinin verdiyi töhfədən bəhs edib. Müvafiq sessiyada BƏƏ-nin, Estoniyanın və Finlandiyanın müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri də çıxış ediblər.

Həmçinin Sammit çərçivəsində Dövlət Agentliyinin sədri ilə müxtəlif ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.

BƏƏ-nin kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi ilə görüş zamanı tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülən işlər və planlaşdırılan layihələr müzakirə edilib.

Serbiya, Seneqal, Albaniya və Esvatininin müvafiq sahə üzrə fəaliyyət göstərən qurumları ilə baş tutmuş görüşlər zamanı “ASAN xidmət” təcrübəsinin, eləcə də Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllərin adıçəkilən ölkələrdə tətbiqi imkanlarının nəzərdən keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb, əməkdaşlıq edilməsi ilə bağlı razılığa gəlinib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti