Rusiya hərbi xərcləri üzrə Avropanı üstələyir

   Rusiya hərbi xərcləri üzrə Avropanı üstələyir
  13 Fevral 2025    Oxunub:335
2024-cü ildə Rusiyanın ümumi müdafiə xərcləri real rəqəmlərdə 42% artaraq 13,1 trilyon rubla (təxminən 462 milyard ABŞ dolları) çatıb.
AzVision.az xəbər verir ki, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) araşdırmasına istinad edən “Financial Times” nəşri belə məlumat yayıb.

Ekspertlərin proqnozlarına görə, 2025-ci ildə Rusiyanın ümumi müdafiə xərcləri daha 13,7% artaraq 15,6 trilyon rubla çatacaq ki, bu da ÜDM-in 7,5%-nə və ya Rusiya federal xərclərinin təxminən 40%-nə bərabərdir.

“İqtisadiyyata mənfi təsir göstərməsinə baxmayaraq, Rusiya hələ də müharibəyə bu qədər pul xərcləyə bilər”, - IISS vurğulayır.

Eyni zamanda, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) üzvləri də daxil olmaqla bütün Avropa ölkələrinin müdafiə büdcələri keçən il təxminən 12% artaraq 457 milyard dollara çatıb ki, bu da Moskvanın müvafiq xərclərindən 5 milyard dollar azdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Avropa   hərb  





Xəbər lenti