Qeyri-neft üzrə özəl sektorda əmək müqavilələri 82 faiz artıb
![Qeyri-neft üzrə özəl sektorda əmək müqavilələri 82 faiz artıb Qeyri-neft üzrə özəl sektorda əmək müqavilələri 82 faiz artıb](https://azvision.az/photos/2025/02/17394329752413758331_1200x630-1739435242.jpg)
O bildirib ki, vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqləri hesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəl sektorda 443 mindən çox artıb.
“Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1 faiz təşkil edir. Bu günə özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir. Həmçinin 2024-cü ildə cəmi əməkhaqqı fondu 23,9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2,5 dəfə, qeyri-neft özəl sektorunda isə 2,7 dəfə artım müşahidə olunur”, - deyə Orxan Nəzərli vurğulayıb.
AzVision.az
Teqlər: