Sabah paytaxtda yağış, rayonlarda qar yağacaq
![Sabah paytaxtda yağış, rayonlarda qar yağacaq
Sabah paytaxtda yağış, rayonlarda qar yağacaq](https://azvision.az/photos/2024/07/hava--1609822578-1722163798.jpg)
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 2-4°, gündüz 5-7° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı bildirilir. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
AzVision.az
Teqlər: