2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib
Vurğulanıb ki, dəstək xəttinə edilən müraciətlərin sayı 2023-cü illə müqayisədə 9,1% artıb. Komitənin müraciəti əsasında verilən mühafizə orderlərinin sayı 2022-ci ildə 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 olub.
Beləliklə, 2023-cü illə müqayisədə Komitəyə daxil olan müraciətlər əsasında verilən qısamüddətli mühafizə orderlərinin sayı 30% artıb.
Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.
AzVision.az
Teqlər: