Avropa Parlamenti Gürcüstan hakimiyyətini tanımaqdan imtina edib

Avropa Parlamenti Gürcüstan hakimiyyətini tanımaqdan imtina edib
  13 Fevral 2025    Oxunub:314
Avropa Parlamenti Gürcüstanda mövcud hökumətin legitim tanınmamasına və onu boykot etməyə çağıran qətnamə qəbul edib.
AzVision.az xəbər verir ki, həmçinin Salome Zurabişvilini respublika prezidenti kimi tanınıb. Bu barədə AP-nin mətbuat xidməti məlumat verib.

Səsvermədən sonra Gürcüstanla bağlı qətnamə lehinə 400 səslə dəstəklənib, 63 deputat əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb.
Sənədin mətnində deputatlar ölkədə keçirilən seçkilərdən sonra hakim “Gürcü arzusu” partiyasının yaratdığı hakimiyyəti tanımaqdan imtina ediblər.

Xüsusilə, Avropa Parlamenti Mixail Kavelaşvilini legitim dövlət başçısı hesab etməkdən imtina edib . Avropa Parlamentinin deputatları Salome Zurabişvilini Gürcüstanın hazırkı prezidenti kimi tanımaqda davam etdiklərini bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti