Yaponiya və ABŞ raketdən müdafiə təlimləri keçirəcək
![Yaponiya və ABŞ raketdən müdafiə təlimləri keçirəcək
Yaponiya və ABŞ raketdən müdafiə təlimləri keçirəcək](https://azvision.az/photos/2025/02/20191211-news-yama2-1739472886.jpg)
“Təlimlərin məqsədi regionda sülh və sabitliyə fəal töhfə vermək üçün Yaponiya və ABŞ arasında etibarlı raketdən müdafiə şəbəkəsinin yaradılması üçün taktiki bacarıqları təkmilləşdirmək, əməkdaşlığı gücləndirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır”, - məlumatda deyilir.
Qeyd olunur ki, Yaponiyada baş tutacaq təlimlər, həmçinin ballistik raket zərbələrinə qarşı imitasiya və birgə hava hücumundan müdafiə əməliyyatlarını əhatə edəcək.
Komitədən verilən məlumata görə, təlimlərə Yaponiya Özünümüdafiə Qüvvələrinin quru və dəniz bölmələri, 94-cü Hava və Raket Hücumundan Müdafiə Komandanlığı, 38-ci Hava Hücumundan Müdafiə Artilleriya Briqadası, ABŞ Silahlı Qüvvələrinin 7-ci Donanmasının və 5-ci Hərbi Hava Qüvvələrinin gəmiləri qatılacaq.
Qeyd edək ki, bu cür təlimlər 2017-ci ildən başlayaraq səkkizinci dəfə keçirilir.
AzVision.az
Teqlər: