Meksika hökuməti “Google”u məhkəməyə verə bilər

Meksika hökuməti “Google”u məhkəməyə verə bilər
  13 Fevral 2025    Oxunub:350
Meksika hökuməti “Google Maps” xəritə xidmətində Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsinə görə şirkəti məhkəməyə vermək barədə düşünür.
AzVision.az xəbər verir ki, bunu ölkənin prezidenti Klaudiya Şeynbaum deyib.

“Əgər onlar təkid etməyə davam etsələr, biz məhkəməyə müraciət etməyi düşünürük. Çünki onlar hətta Meksika ərazisində, bizim şelfimizdə [Meksika körfəzini Amerika körfəzi] adlandırırlar”, - Şeynbaum gündəlik mətbuat konfransında qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti