ABŞ Hindistana "F-35"lər satacaq
![ABŞ Hindistana "F-35"lər satacaq ABŞ Hindistana "F-35"lər satacaq](https://azvision.az/photos/2025/02/984-1739517023.jpg)
"F-35" hərbi təyyarələri son bir neçə ildə ABŞ-lə müdafiə sahəsində əməkdaşlığını artıran Hindistan üçün əsas qazanc sayılır. Belə ki, Vaşinqtonun bu ölkəyə indiyədək satdığı silah-sursat və texnika arasında həmin qırıcılar yox idi. Çünki Hindistanın "Rusiya istehsalı silah sistemlərindən həddən çox yararlandığı" bildirilirdi.
Adıçəkilən hərbi təyyarələri də özündə əhatələyən "Joint Strike Fighter" proqramı ABŞ-nin ən bahalı silah sistemi sayılır. Hökumət Hesabatlılığı İdarəsinin məlumatına görə, proqram 1,7 trilyon dollara başa gəlib.
Firudin Həmidli
AzVision.az