İsrail Milli Təhlükəsizlik Kollecinin nümayəndələri Bakıda

İsrail Milli Təhlükəsizlik Kollecinin nümayəndələri Bakıda
  14 Fevral 2025    Oxunub:463
İsrail Müdafiə Ordusunun Milli Təhlükəsizlik Kollecinin nümayəndələri Azərbaycanda səfərdədir.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Qeyd edilib ki, səfər İsrail və Azərbaycan arasında getdikcə inkişaf edən tərəfdaşlıq üçün daha bir əlamətdar hadisədir.

"Ölkələr arasında əlaqələr bütün sahələrdə güclənməkdə davam edir. Kollec nümayəndələrinin Bakıya səfəri bilik mübadiləsinə artan marağı nümayiş etdirir", - diplomatik nümayəndəlik İsrail səfiri Corc Dikin sözlərini sitat gətirib.

Həmçinin qeyd olunub ki, qonaqlar regiondakı geosiyasi vəziyyət və Azərbaycanın Cənubi Qafqazda mühüm rolu ilə tanış olublar. Məlumata görə, general Nimrod Aloninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdakı Şəhidlər xiyabanını da ziyarət edib.

AzVision.az



Teqlər:





Xəbər lenti