Amerika Rusiyanı Hindistan bazarında sıxışdırır

   Amerika Rusiyanı Hindistan bazarında sıxışdırır
  14 Fevral 2025    Oxunub:534
ABŞ prezidenti Donald Tramp 2025-ci ildə ABŞ-nin Hindistana silah satışını artıracağını açıqlayıb.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti bu bəyanatı Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında səsləndirib. Donald Tramp Hindistana hərbi tədarüklərin “çox milyardlarla” dollar artacaöını, həmçinin ABŞ-nin Hindistana F-35 qırıcılarının tədarükü üçün “yol açdığını” bildirib.

“ABŞ və Hindistan enerji sahəsində yeni razılaşmalar əldə ediblər. Baş nazirlə mən çox mühüm enerji sazişi əldə etdik. Vaşinqton yenidən Hindistana neft və qazın aparıcı təchizatçısına çevriləcəyinə ümidlidir”, - Amerika lideri deyib.

Bundan əlavə, ABŞ və Hindistan kiçik modul nüvə reaktorları sahəsində fəal əməkdaşlıq edəcəklər. Tərəflər həmçinin ticarət və tarif mübahisələrinin həllinə yönəlmiş danışıqlara başlamaq barədə razılığa gəliblər. Hindistan Amerikadan kənd təsərrüfatı məhsullarının alışını artırmağa və bəzi ABŞ mallarına rüsumları azaltmağa hazır olduğunu bildirib. 2025-ci ilin payızına qədər əhəmiyyətli irəliləyiş əldə edilməklə, yeddi ay ərzində razılığın əldə olunması gözlənilir.

Qeyd edək ki, OPEC-in “Vortexa” analitik agentliyinin məlumatına istinadən açıqladığı məlumata görə, Rusiya noyabrda Hindistanın ümumi neft idxalının 38%-ni ödəməklə bu ölkənin ən böyük tədarükçüsü olaraq qalıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hindistan   ABŞ   Rusiya  





Xəbər lenti