Papa xəstəxanaya yerləşdirilib

 Papa xəstəxanaya yerləşdirilib
  14 Fevral 2025    Oxunub:438
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk xəstəxanaya yerləşdirilib.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Papa Fransisk bəzi lazımi diaqnostik testlərdən keçmək və bronxitlə bağlı davam edən müalicəsini xəstəxana şəraitində davam etdirmək üçün Romadakı “Agostino Gemelli” xəstəxanasına müraciət edib. Pontifikin xəstəxanada neçə gün qalacağı bildirilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti