MSK bələdiyyə seçkilərini yekunlaşdırıb

MSK bələdiyyə seçkilərini yekunlaşdırıb
  14 Fevral 2025    Oxunub:412
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunları müzakirəyə çıxarılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarını yoxlamalı və təsdiq etməlidir.

Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfər olub. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçilməli olduğu bələdiyyə seçkilərini izləmək üçün MSK və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib.

Bələdiyyə seçkilərində seçici fəallığı 31.45% olub

MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində MSK tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından səsvermənin nəticələri ləğv edilib. Seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından, MSK-nın qərarı ilə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilər etibarsız sayılıb. Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyənləşdirilməsində yol verilən nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 və 30 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11, 42, 43, 44, 46 saylı və 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılıb.

AzVision.az


Teqlər: MSK   bələdiyyə-seçkiləri   yekun  





Xəbər lenti