Zelenski: "ABŞ-nin hərbi dəstəyi olmadan Ukraynaya qurtuluş yoxdur"

 Zelenski:  "ABŞ-nin hərbi dəstəyi olmadan Ukraynaya qurtuluş yoxdur"
  15 Fevral 2025    Oxunub:458
“Yəqin ki, çox, çox çətin olacaq. Təbii ki, istənilən çətin vəziyyətdə bir şans var. Amma bizim ABŞ-nin hərbi dəstəyi olmadan şansımız azdır. Hesab edirəm ki, bu, çox mühümdür, kritik əhəmiyyət kəsb edir. Əksini heç düşünmək belə istəmirəm. Ağlıma da gətirmək istəmirəm ki, biz nə vaxtsa strateji tərəfdaşlığı dayandıraq. Düşünmək istəmirəm, amma düşünməyə məcburam”.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NBC News-a müsahibəsində deyib.

Zelenski həmçinin narahatdır ki, ABŞ-ın hərbi yardımının kəsilməsi Ukraynanı gələcəkdə Rusiyanın növbəti irimiqyaslı hücumuna məruz qoya bilər: "ABŞ-nin hərbi dəstəyi olmadan Ukraynaya qurtuluş yoxdur".

AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti