Məhkəmə Maskın agentliyinə qadağa qoydu

   Məhkəmə Maskın agentliyinə qadağa qoydu
  15 Fevral 2025    Oxunub:444
ABŞ-də hakim Cannet Varqas, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin Maliyyə Nazirliyinin ödəniş sisteminə daxil olmasını qadağan edib.
Bu barədə “Reuters” yazıb. Eyni zamanda, 19 ştatın prokurorları qadağanın daha da uzadılmasını tələb etsə də, onların tələbi rədd edilib.

Eyni zamanda, başqa bir hakim Con Beyts departamentə Səhiyyə Departamentinin, Əmək Departamentinin və İstehlakçının Maliyyə Müdafiəsi Agentliyinin qeydlərinə giriş icazəsi verib.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti