Ceyhun Bayramov Bavariyanın dövlət naziri görüşdü

Ceyhun Bayramov Bavariyanın dövlət naziri görüşdü
  15 Fevral 2025    Oxunub:419
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Beysvenqer ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş çərçivəsində tərəflər arasında iqtisadi və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilməklə regional əməkdaşlığın perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti