Saar: “Fələstin İsarail torpağıdır”

      Saar:    “Fələstin İsarail torpağıdır”
  15 Fevral 2025    Oxunub:441
İsrailin Xarici İşlər naziri Qideon Saar Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bütün Fələstinin “İsrail torpağı” adlandırılmalı olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Saar özünü İordan çayının qərb sahilindəki Nablus şəhərinin sakini kimi təqdim edən qadının auditoriyaya ünvanladığı sualın cavabında belə deyib.

Onun iddiasına görə, İsrail keçmişdə Fələstinlə bağlı “cəsarətli, bəlkə də səhv qərarlar qəbul edib. Xüsusən də Fələstin Milli Administrasiyasının yaradılmasına razılıq verib, həmçinin Qəzza zolağından birtərəfli qaydada çıxmağa, bütün qoşunları və yaşayış məntəqələrini oradan çıxarmağa razılaşıb.

“İsrail fələstinlilərlə sülh prosesinə çoxlu şanslar verib. Fələstinlilərin ölkə tarixində heç vaxt bu torpaq üzərində suveren hakimiyyəti olmayıb. Sizin Fələstin yer dediyiniz imperator Adrianın İsrail torpağını fəth edərkən ona verdiyi addır. O, həmçinin Yerusəlim dağıdılandan sonra onun yerində yeni şəhər tikib Elia-Kapitolina adlandırıb. Bu gün dünyada heç kim Elia-Kapitolinanın nə olduğunu xatırlamır, amma hamı Yerusəlimin nə olduğunu bilir. Deməli, Fələstin dediyin yer İsrail torpağıdır”, - İsrail XİN-in rəhbəri bildirib.

Fələstin-İsrail münaqişəsinin uzunmüddətli həlli perspektivləri ilə bağlı sualı cavablandıran Qideon Saar iki dövlətin yaradılması ideyasını rədd edərək, fələstinlilərə muxtariyyət statusunun verilməsini məqbul variant adlandırıb. Onun sözlərinə görə, bu qərar 1979-cu ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail və Misir arasında bağlanmış Kemp-Devid sazişlərinə əsasən şərtləndirilib.

- Müasir Fələstin Muxtariyyəti ilə muxtariyyət ideyası arasında çox da fərq yoxdur. Muxtariyyət özünüidarə deməkdir, onlar öz həyatlarını idarə edirlər, lakin bizim təhlükəsizliyimizi təhdid etməyə imkanları yoxdur”, - diplomat vurğulayıb.

O, qeyd edib ki, regional formatlar haqqında danışmağa daha çox vaxt ayırmaq lazımdır. Çünki gələcəkdə regionda sülh əldə olunarsa, bu, regional format olacaq. Lakin fələstinlilərin gələcək statusu ideyası muxtariyyətdir. Bu, fələstinlilərə özünüidarəetmə, İsrailə isə təhlükəsizlik verə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Saar   Fələstin   İsrail  





Xəbər lenti