Polşa Ukrayna üzrə özəl plan hazırlamağa çağırıb

   Polşa Ukrayna üzrə özəl plan hazırlamağa çağırıb
  15 Fevral 2025    Oxunub:371
Polşanın baş naziri Donald Tusk Avropanın Ukrayna ilə bağlı özünün fəaliyyət planına ehtiyac olduğunu iddia edib.
AzVision.az “Avropa həqiqəti” nəşrinə istinadən xəbər verir ki, Polşanın baş naziri özünün “X” sosila şəbəkəsindəki səhifəsində belə paylaşım edib.

Makron: “Trampın siyasəti elektroşok effekti yaradıb”
Polşanın baş naziri bildirb ki, Avropanın təcili olaraq Ukrayna ilə bağlı öz fəaliyyət planına və öz təhlükəsizliyinə ehtiyacı var, “əks halda gələcəyi başqa qlobal oyunçular həll edəcək”.

“Bu digər qlobal oyunçuların heç də Avropanın gələcəyi barədə Aİ-nin maraqlarına uyğun qərar aəbul edəcəkləri heç də mütləq deyil. Ona görə də, bu plan indi hazırlanmalıdır. Vaxt itirmək olmaz”, - Donald Tusk vurğulayıb.

Qeyd edək ki, iki gün əvvəl ABŞ prezidenti Donald Trampın Ukrayna probelmi üzrə Rusiya lideri Vladimir Putinlə 1,5 saatlıq telefon danışığında sonra Kiyevdə və Avropa İttifaqında (Aİ) böyük narahatlığa səbəb olub. Belə ki, Kiyev və Aİ bürokratiyası Ukraynanın taleyinin Vaşinqtonla Moskvanın yalnız ikilikdə həll edəcəyindən çox ehtiyatlanırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tusk   Ukrayna   plan  





Xəbər lenti