Zelenski Trampın sənədini imzalamadı

“Mən prezidentəm və bu sənədin keyfiyyətinə cavabdehəm.Təsir gücümdən istifadə edəcəyəm. Buna görə də, nazirlərə sazişi imzalamağa icazə vermədim, düşünürəm ki, sənəd tam hazır deyil”, - o, deyib.
Ukrayna prezidenti bundan sonra ümumiyyətlə şübhəli heç bir sənədi imzalamayacağını qeyd edib:
"Keçmişdəki səhvlərimizi təkrarlamayacağıq və heç bir şübhəli sənədə qol qoymayacağıq. Ola bilər ki, ağıllı deyilik. Amma ehtiyatlılıq!"
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın müqabilində ölkənin zəngin təbii yeraltı resurslarından pay istəmişdi.
Volodimir Zelenski isə fevralın 7-də "Ukrayna təhlükəsizlik zəmanəti müqabilində ABŞ Prezidenti Donald Trampa ölkənin mineral ehtiyatlarını və yeraltı qaz yataqlarını təklif etməyə hazır olduğunu" bəyan etmişdi.
Röya Əliyeva
AzVision.az
Teqlər: