İlyas İsmayılov vəfat edib

   İlyas İsmayılov vəfat edib
  17 Fevral 2025    Oxunub:1165
Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.
İ.İsmayılovun yaxınlarının AzVision.az -a verdiyi məlumata görə, o, bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Xəstəxanadan isə bildirilib ki, mərhum multiorqan çatışmazlığı səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.

AzVision.az



Teqlər:





Xəbər lenti