Aİ-nin təcili sammiti Kiyevi dəstəkləmək qərarı verib

   Aİ-nin təcili sammiti Kiyevi dəstəkləmək qərarı verib
  18 Fevral 2025    Oxunub:813
Avropa Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsini öz üzərinə götürməyə hazırdır.
AzVision.azxəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Fransa prezidenti Emmanuel Makronun Parisdə təcili çağırdığı Aİ liderlərinin qeyri-rəsmi sammitinin yekunlarına əsasən “X” sosial şəbəkəsində paylaşım edib.

“Hazırdır və istəyir. Bugünkü Paris görüşündən gəldiyim qənaət budur. Avropa addım atmağa hazırdır. Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsinə rəhbərlik etməyə hazırdır. Təhlükəsizliyimizə daha çox sərmayə qoymağa hazırdır və istəyir. Təfərrüatlar barədə qərar verilməlidir, lakin öhdəliklər aydındır”, - Rutte yazıb.

Tədbirdə NATO-nun baş katibindən başqa Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarkanın hökumət başçıları, həmçinin Avropa Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak ediblər.


Yelisey Sarayından bildirilib ki, görüşdən əvvəl Emmanuel Makron ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Avropa ilə ABŞ arasında nifaq yaranır
Qeyd edək ki, Ukrayna probleminin həlli üzrə Avropanı konkret olaraq danışıqlar masasına yaxın buraxmayan Vaşinqton üçün qeyri-formal sammitin qərarı tam məqbuldur. Belə ki, əgər Aİ Mark Rüttenin dediklərini həyata keçirsə, deməli Ukraynanın bütün xərclərini məhz Avropanın üzərinə yükləmək barədə Donald Trampın tələbi birmənlı şəkildə öz həllini tapacaq. Ən əsası isə budur ki, bu ağır yükün altına girəcək Aİ-nin Ukrayna məsələsində mövqeyi ABŞ və Rusiya tərəfindən nəzərə alınmayacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     sammit   Ukrayna  





Xəbər lenti