Qazaxıstan DİN İrəvanda əməliyyat keçirdi - VİDEO

  Qazaxıstan DİN İrəvanda əməliyyat keçirdi  - VİDEO
  18 Fevral 2025    Oxunub:727
Qazaxıstan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi və Ermənistan İstintaq Komitəsinin Xüsusilə Vacib İşlərin Araşdırılması Baş İdarəsinin əməkdaşları birgə əməliyyat keçiriblər.
Əməliyyat nəticəsində İrəvanda fəaliyyət göstərən iki fırıldaqçı zəng mərkəzinin fəaliyyəti dayandırılıb. Bu barədə 24KZ məlumat yayıb.

39 vilayətdə 103 FETÖ-çu saxlanılıb
Qeyd edilib ki, Qazaxıstan və bir sıra Avropa ölkələrinin vətəndaşlarını saxta şirkətlərə sərmayə qoymağı təklif edərək aldadan transmilli cinayətkar qrupun təşkilatçıları və iştirakçıları saxlanılıb.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Jandos Suyinbayın sözlərinə görə, axtarışlar zamanı 70-dən çox kompüter avadanlığı, bir kiloqrama yaxın qızıl, 30 min dollar, xeyli Rusiya rublu, gürcü larisi, beş avtomobil və kriptovalyutalar aşkarlananraq götürülüb.

Xüsusi əməliyyat zamanı 41 nəfər - Ermənistan, Gürcüstan, İran, Suriya və Livan vətəndaşları saxlanılıb: "Hazırda Ermənistanın hüquq-mühafizə orqanları qazaxıstanlı həmkarlarının köməyi ilə dələduzluğun bütün epizodlarının müəyyən edilməsi, cinayət ortaqlarının və dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərini davam etdirir".

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Qazaxıstan   Əməliyyat  





Xəbər lenti