Əmək müqavilələrinin sayı açıqlanıb

Əmək müqavilələrinin sayı açıqlanıb
  18 Fevral 2025    Oxunub:647
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 458 110 vahid artıb və bu il fevralın 1-nə 1 860 025 olub.
AzVision.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 430 225 vahid artaraq 970 147 təşkil edib.

"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti