Tramp DHS-nin yüzlərlə vəzifəli məmurunu qovur

   Tramp DHS-nin yüzlərlə vəzifəli məmurunu qovur
  18 Fevral 2025    Oxunub:743
ABŞ prezidenti Donald Trampın administrasiyası bu həftə Daxili Təhlükəsizlik Departamentinin (DHS) yüzlərlə yüksək vəzifəli əməkdaşını işdən çıxarmağa hazırlaşır.
Bu barədə NBC News televiziya kanalı məlumat yayıb. Telekanal mənbələrə istinad edib.
Mənbələr iddia ediblər ki, Tramp administrasiyasının bu istiqamətdə xüsusi “mərkəzləşdirilmiş planı” var. Hətta DHS-in bütün bölmələrində yüksək vəzifə tutan şəxslərin siyahısı da tərtib olunub.

Artıq bu həftədən başlayaraq qurumun nəzarətində olan idarələrin yüksək vəzifəli əməkdaşları işdən çıxarıla bilər. NBC News qeyd edib ki, məqsəd işçilərin ixtisar edilməsi deyil. Hakimiyyətdə olanların fikrincə, əsas məqsəd Tramp administrasiyasının qarşıya qoyduğu planların reallaşmasına nail olunmasına mane ola biləcək işçilərin işdən çıxarılmasıdır.

Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti ölkənin immiqrasiya qanunlarının icrası ilə məşğul olan əsas qurumdur.
Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti