Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub - FOTOLAR

   Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub -    FOTOLAR
  18 Fevral 2025    Oxunub:381
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi.

Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

AzVision.az

Qalereya




Teqlər: prezident   residence   tanışlıq  





Xəbər lenti