Ombudsman: Beynəlxalq hüquq normalarına etinasız yanaşılması təəssüf doğurur

Silahlı münaqişələrin insanlara vurduğu ağır fəsadlara diqqət çəkən S.Əliyeva bu proseslərdən ən çox qadınların, uşaqların və yaşlı insanların zərər çəkdiyini bildirib. O, beynəlxalq hüquq normalarına etinasız yanaşılmasının təəssüf doğurduğunu və bu hallara qarşı ombudsmanların birgə səylərlə təsir göstərməli olduğunu vurğulayıb.
Ombudsman müasir dövrün mühüm problemlərindən biri kimi məcburi miqrasiyanı xüsusi qeyd edib. O, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma torpaqlarından qaçqın düşdüyünü və onların fundamental hüquqlarının pozulduğunu iştirakçıların diqqətinə çatdırıb. Ombudsman bu insanların hüquqlarının müdafiəsi və doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
İƏT OA çərçivəsində cari ildə məcburi miqrasiyaya dair maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulayan Ombudsman bu təşəbbüslərin insan hüquqlarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.
AzVision.az
Teqlər: