Putin-Paşinyan əlaqələrinə Petrosyan vasitəçilik edəcək

“İravunk” qəzetinin iddiasına görə, keçmiş prezidentin fəallığı Paşinyanın şəxsi xahişi ilə bağlıdır. Baş nazir onun vasitəçiliyi ilə “bu mehvər ətrafında barışığa” yol tapmağa çalışır. Ancaq nəşrin mənbələri Moskvanın “Paşinyanı və onun zədələnmiş reputasiyasını xilas etmək” üçün 2 şərt irəli sürdüyünü bildiriblər.
“Əvvəla, Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatından (KTMT) çıxmaqla bağlı həll olunmamış məsələnin bağlanması. Məsələn, onu narahat edən suallara cavab alındığının bildirilməsi. İkincisi, Rusiya tərəfi ilə “dəmir yoluna nəzarət məsələsində” qarşılıqlı məqbul variantları müzakirə etməyə başlanması”, - qəzet yazır.
Qeyd edək ki, “dəmir yoluna nəzarət” məsələsi dedikdə 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən açılmalı olan Zəngəzur Dəhlizi nəzərdə tutulur. Onun açılışını hər vəchlə əngəlləməyə çalışan Paşinyan hökuməti, ona nəzarəti Qərbin, daha dəqiq desək, ABŞ-nin ixtiyarına vermək fikrindədir ki, bu da Üştərəfli Bəyannaməyə ziddir. Çünki həmin sənəddə həmin dəhlizin Ermənistan keçən hissəsinə məhz Rusiyanın Federal Sərhəd Xidmətinin (FSX) nəzarət edəcəyi ehtiva olunub.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Putin Paşinyan Petrosyan