Güclü küləklə bağlı xəbərdarlıq

   Güclü küləklə bağlı xəbərdarlıq
  19 Fevral 2025    Oxunub:495
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Neftçala və Qobustanda şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Naxçıvan MR, Salyan, Hacıqabul, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Goranboy, Samux, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Kəlbəcər, Laçın, Zəngilan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvarda isə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti