Bir ayda 19 milyonluq narkotik dövriyyədən çıxarılıb

Bir ayda 19 milyonluq narkotik dövriyyədən çıxarılıb
  19 Fevral 2025    Oxunub:468
Ötən ay dəyəri 19 milyon manatdan çox olan narkotik dövriyyədən çıxarılıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Hesabat dövründə hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 685 cinayət faktı aşkarlayıb.

Onlardan 179-u narkotik vasitələrin qanunsuz satışı, 505-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 750 kq 328,026 qram narkotik vasitələrin və psixotrop maddələrin 681 kq 035,96 qramını marixuana, 28 kq 335,05 qramını heroin, 13 kq 146,382 qramını tiryək, 9 kq 230,5 qramını həşiş, 3kq 621,6 qramını digər narkotik vasitələr və 14 kq 958,534 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1475 ədəd metadon qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan 750 kq 328, 026qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 19 milyon 430 min manat kimi qiymətləndirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti