Putin: "Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır"

      Putin:    "Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır"
  19 Fevral 2025    Oxunub:630
"Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır".

AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında Ər-Riyadda keçirilən görüşün məqsədi etimadı artırmaq olub.

"Rusiya və ABŞ arasında etimad səviyyəsini artırmadan Ukrayna böhranını həll etmək mümkün deyil. Rusiya heç vaxt Avropa və ya Ukrayna ilə dialoqdan imtina etməyib. Avropalılar özləri Moskva ilə əlaqəni dayandırıb, Kiyev hətta Rusiya ilə danışıqlara qadağa qoyub".

Ər-Riyadda keçirilən görüş barədə danışan Putin qeyd edib ki, Amerika tərəfində danışıqlarda qərəzsiz və mühakiməsiz “tamamilə fərqli insanlar” olub:"Rusiya və ABŞ arasında dialoqda vasitəçilərə ehtiyac yoxdur“.

Putin Trampla görüşməkdən şad olacağını, lakin görüşə hazırlıqlı olmaq lazım olduğunu bildirib.

Rusiya prezidenti bəyan edib ki, onlar üçün sadəcə olaraq Trampla görüşmək kifayət deyil.

Putin Trampla görüşünün nə vaxt baş tuta biləcəyini söyləməyə hazır olmadığını söyləyib.

"Tramp Ukrayna böhranını tez bir zamanda həll edəcəyinə söz verib, lakin prezident postundan məlumatları aldıqdan sonra mövqeyini dəyişib, bu təbiidir", - Rusiya prezidenti vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti