Makronun növbəti utopik iddiası

   Makronun növbəti utopik iddiası
  20 Fevral 2025    Oxunub:545
Fransa prezidenti Emmanuel Makron özünü “Ukraynaya dəstəyin təminatçısı” adlandırıb.
AzVision.az xəbər verir ki, Makron Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı qərarın qəbul olunmadığı bir sıra Avropa liderlərinin onlayn-sammitinin nəticələrini belə şərh edib.

“Biz Ukraynanı dəstəkləyirik və Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik. Bu, Fransanın əsas marağıdır və mən onun qarantıyam. Biz, həmçinin prezident Trampın müharibəni bitirmək məqsədini bölüşürük”, - Fransa prezidenti “X” sosial şəbəkəsində yazıb.

Bu kontekstdə Makron sadiq qalacağı üç prinsipi açıqlayıb:

1. Ukrayna hər zaman bu işdə iştirak etməli və onun hüquqlarına hörmət olunmalıdır. 2. Sülh davamlı olmalı və etibarlı təminatlarla müşayiət edilməlidir. 3. Avropanın təhlükəsizlik məsələləri nəzərə alınmalıdır.

Mütəmadi şəkildə bir-birinə diamteral şəkildə zidd olan “döyüşkən” və “mütilik” ruhlu bəyanatları səsləndirən Frans prezidentinin Ukraynanın maraqlarının “təminatçısı” olması barədə lovğalığının tezliklə sabun köpüyü kimi yatacağı heç bir şübhə doğurmur.

Belə ki, o, dünən Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayaraq, Fransadan Ukraynaya qoşun göndərilməsi barədə heç vaxt bəyana vermədiyini və Parisin də ora qoşun göndərməyə hazırlaşmadığını iddia edib. Başqa sözlə desək, Vaşinqtonla Moskvanın Ukrayna və Avropa məsələlərini avropalılarsız həll etmək iradəsi fonunda Emmanuel Makron açıq-aşkar yalan danışmağı yeganə çıxış yolu sayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron  





Xəbər lenti