Kommersiya qurumlarının sayı 8 faizdən çox artıb

2025-ci ilin yanvar ayı ərzində 1307 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 90,1 faizi yerli investisiyalı, 9,9 faizi xarici investisiyalı qurumlardır. Kommersiya qurumlarının 87,5 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,5 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 40 min 901 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.
AzVision.az
Teqlər: