Şolts: "Ukrayna Avropaya üz tutmaqdan çəkinməməlidir"

      Şolts:    "Ukrayna Avropaya üz tutmaqdan çəkinməməlidir"
  20 Fevral 2025    Oxunub:457
"Ukrayna Avropa İttifaqı çərçivəsində demokratik və suveren dövlətə çevrilmək qərarından dönməməlidir".
Bu sözləri Almaniya kansleri Olaf Şots yerli radioların birinə açıqlamasında dilə gətirib. O, ABŞ Prezidenti Donald Trampın "müharibədə Ukrayna günahkardır" ittihamına reaksiya verib.

"Avropa İttifaqı qətiyyətlə bildirir ki, bu belə deyil. Hər halda, gələcək sülh şəraiti fonunda Ukrayna güclü ordu qurmalıdır. Bu məsələdə bütün Avropa İttifaqı və beynəlxalq, transatlantik tərəfdaşlarımız (ABŞ-ni nəzərdə tutur - red.) məsuliyyət daşıyır", - o vurğulayıb.
Tramp: "Zelenski diktatordur"

Xatırladaq ki, Donald Tramp özünün "Truth" hesabında Ukrayna Prezidenti Volodimir Zelenskini "seçkilərdən boyun qaçıran, ictimai sorğularda reytinqi gündən-günə düşən diktator, qalib gələ bilməyəcəyi müharibədən ötrü ABŞ-ni 350 milyard dollar ayırmağa inandıran ortabab gülüş ustası" adlandırıb.

"ABŞ məsələyə qarışmasa, Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarını qətiyyən apara bilməyəcək. Ukrayna çoxdan dağılıb, milyonlarla insanın əbəs yerə ölüb", - Tramp yazıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Ukrayna   ABŞ   danışıqlar  





Xəbər lenti