ASCO: Gəmilər sığınacaqlara çəkiliblər

   ASCO:    Gəmilər sığınacaqlara çəkiliblər
  21 Fevral 2025    Oxunub:379
Xəzəri akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara çəkiliblər.
Bu barədə AzVision.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.

Dəniz Nəqliyyatı və Xəzər Dəniz Neft Donanmasına məxsus ASCO gəmiləri təhlükəsizlik məqsədilə lövbərlər dayanacaqlarına və təhlükəsiz sığınacaqlara çəkiliblər.

Bundan başqa, Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkəti gücləndirilib, vağzal və stansiyalarda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görülür, yolların qardan təmizlənməsi işləri davam etdirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti