Roma Papası istefa verə bilər

 Roma Papası istefa verə bilər
  21 Fevral 2025    Oxunub:376
Papa Fransisk səhhətinə görə öz vəzifələrinin öhdəsindən gələ bilməsə, sələfi XVI Benedikt kimi Müqəddəs taxtdan imtina edə bilər.
AzVision.az xəbər verir ki, kardinal Canfranko Ravazi İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində belə deyib. Eyni zamanda o, bildirib ki, Papa Fransisk Roma Katolik Kilsəsi tərəfindən bu il qeyd olunan Xristianlığın Yubiley ilini başa çatdırmaq fikrindədir.

Vatikan: "Papa ağır xəstədir"
“Əgər Papa Fransisk papalıq vəzifələrini yerinə yetirməkdə çətinlik çəksə, seçimini edəcək. Düşünürəm ki, o, istefa vermək qərarına gələ bilər. Qərar vermək onun ixtiyarındadır, son sözü o deyir. Papa ümidə həsr olunmuş Yubiley ilini keçirmək arzusundadır. Bu onun üçün vacibdir”, - kardinal vurğulayıb.

Qeyd edək ki, 88 yaşlı Papa Fransisk fevralın 14-dən xəstəxanadadır, ona ikiqat pnevmoniya diaqnozu qoyulub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Papa   istefa  





Xəbər lenti