Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

  Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
  21 Fevral 2025    Oxunub:554
ABŞ-də yaşayan və Ermənistanda radikal çağırışları ilə məşhur olan bloger Vardan Qukasyan xəstəxanaya yerləşdirilib.
Usarmenianews.com-un yaydığı məlumata görə, onun ürəyində ciddi problemlər aşkarlanıb və bloger yüksək təzyiqdən də əziyyət çəkir. Həkimlər Qukasyanın vəziyyətini son dərəcə ağır qiymətləndiriblər.

“Narkotik biznesi hökumətin himayəsindədir” - Erməni partiya rəhbəri
Qukasyan son bir neçə ildə revanşist çağırışları və Ermənistan rəhbərliyi əleyhinə olan açıqlamaları ilə seçilib. O, həm də DOK partiyasının fəxri sədridir.

Vardanın idarə etdiyi DOK partiyası bu məlumatı təkzib etməyib. Sosial şəbəkələrdə paylaşım edən partiya hadisədən yalnız məlum nəşrdən xəbərdar olduqlarını qeyd edib. Qukasyanın həmkarları lazım gələrsə, rəsmi açıqlama verəcəklərinə söz veriblər.

Xatırladaq ki, bu günlərdə "Gallup"un İrəvan nümayəndəliyinin rəhbəri Aram Navasardyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında partiyaların nüfuzları ilə bağlı statistikanı açıqlamışdı.

Reytinqdə ikinci yeri məşhur və qalmaqallı videobloqer Vardan Qukasyanın yaratdığı DOK partiyası tutuB. Respondentlərin 6,8%-i seçki keçiriləcəyi təqdirdə DOK-a səs verməyə hazır olduğunu bəyan edib. Üçüncü yerdə isə 6,5% reytinqlə ölkənin ikinci prezidenti, hərbi cani Robert Koçaryanın “Hayastan” bloku yer alıb. Hər iki şəxs revanşist çıxışları ilə cəmiyyətin diqqətini özünə çəkə bilir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Bloger   Ermənistan   Partiya  





Xəbər lenti