Dövlət Departamentindən Ermənistana dair dağıdıcı hesabat

Dövlət Departamentindən Ermənistana dair dağıdıcı hesabat
  22 Aprel 2013    Oxunub:1311
ABŞ Dövlət Departamenti dünyada insan hüquqlarının vəziyyəti haqqında növbəti hesabatı yayıb.
Hesabata görə, 2012-ci ildə Ermənistanda insan haqları sahəsində ən mühüm pozuntular bunlardır: seçkilərdə vətəndaşların hüquqlarının məhdudlaşdırılması, korrupsiya və hökumətin şəffaflığının olmaması, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı məsələlər.

Hesabatın bir hissəsi mayın 6-sı 2012-ci ilin parlament seçkilərinə həsr olunub. Hesabatda deyilir ki: "Dövlət resurslarından düzgün istifadə olunmayıb və hakim partiyanın xeyrinə istifadə edilib, etibarlı mənbələrdən insanları satın almaq, “səslərin alınması” barədə məlumatlar əldə edilib, seçkilərin səhv gedişatı haqda şikayətlərin araşdırılmasında səhvlərə yol verildiyi qeyd edilib".

Məlumatda deyilir: “2012-ci il ərzində korrupsiya haqda iddialar hökumətin bütün səviyyələrində üzə çıxıb, hökumət isə korrupsiyanı cilovlamaq üçün məhdud addımlar atıb" .

Bildirilir ki, silahlı qüvvələrdə sülh şəraitində şübhəli ölümlər, zabitlərin və onlardan yüksək rütbədə olanların əsgərlərə qarşı pis münasibəti və bu cür hərəkətlərə görə onların hesabat verməməsi halları var.

"Polis etiraf almaq üçün həbs və dindirmə zamanı vətəndaşları döyməyə və əzab verməyə davam edir”,- deyə sənəddə bildirilir .

Hesabatda deyilir : "Məhkəmələr əvvəki kimi icra hakimiyyəti tərəfindən siyasi təzyiqlərə məruz qalmaqda davam edirlər, bu da öz növbəsində müəyyən şəxslərin siyasi səbəblər üzrə təqibinə və məhkəmə qərarı verilməsinə gətirib çıxarıb ".
Ermənistanda bir çox həbsxanalar dolub, məhbusların qeyri-gigiyenik şəraitdə tibbi vəsaitə ehtiyacları var: “ 2012-ci ildə hakimiyyət insanları səbəb və sübut olmadan həbs etməyə davam edib”.

Ekspertlər qeyd edirlər ki, 2012-ci ildə məhkəmə prosesləri uzadılırdı və məhkəmələr qanunlara əməl etməyərək ədalətli hökm çıxarmırdılar.

2012-ci ildə Ermənistanda medianın vəziyyətinə toxunaraq, hesabatın müəllifləri qeyd edirlər ki, parlamentə seçkilərdən qabaq kompaniya zamanı, xüsusilə də təşviqat kompaniyasından sonra “KİV-də plüralizm və obyektiv hesabat azalıb”.

Hesabatda qeyd edilir ki, dini azlıqların üzvləri cəmiyyətdə ayrı-seçkilikdən əziyyət çəkirlər. Ailədə zorakılıq problem olaraq qalır. Əlil şəxslər həyatın demək olar ki, bütün sahələrində ayrı-seçkiliklə üzləşirlər. Cinsi azlıqların nümayəndələri də həmçinin ayrı-seçkiliklə qarşılaşırlar. Xüsusən də hərbi və həbsxana orqanları tərəfindən. İşçilərin hüquqları məhdudlaşdırılıb və əmək qanunu zəif idarə olunur.

"2011-ci ilin dekabrında hökumət 2008-ci ilin seçki sonrası hadisələr zamanı səkkiz mülki və iki polis əməkdaşlarının ölümünün istintaqı üzrə hesabat dərc edib, lakin ilin sonunda, heç kəs məsuliyyətə cəlb edilməyib",- deyə sənədə vurğulanır.


Teqlər:  





Xəbər lenti