Tramp: “Putinlə Zelenski görüşməlidirlər”

“Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidirlər”, – Donald Tramp Ağ Evdə yeni sərəncamlarını imzalayarkən jurnalistlərə deyib.
Tramp bir daha əmin edib ki, o cümlədən də insanlıq naminə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasının tərəfdarıdır.
Ağ Evin rəhbəri bildirib ki, fevralın 25-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında danışıqların yeni mərhələsi baş tutacaq. ABŞ-nin yeni Ticarət nazirinin andiçmə mərasimi zamanı çıxışında Tramp atəşkəs və tərəflər arasında razılaşma əldə etmək istədiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az