Keçən il Orta Dəhliz ilə daşımaların həcmi 33 dəfə artıb

Gələn il Svisloç stansiyasında (Belarus) və Budapeştdə (Macarıstan) logistik mərkəzlər və terminallar işə salınacaq. Tərəflər qeyd ediblər ki, 2024-cü ildə Sian quru limanından Çin-Avropa marşrutu üzrə 5000-dən çox qatar göndərilib ki, bu da həmin yol ilə bütün daşımaların 25 faizini təşkil edir və tarixi rekorddur.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas qovşağı olan Sian şəhərində birgə yük terminalının fəaliyyəti sayəsində ötən il daşımaların həcmi 33 dəfə artıb.
AzVision.az
Teqlər: OrtaDəhliz daşımalar artım