Tramp Makronu və Starmeri ittiham edib

   Tramp Makronu və Starmeri ittiham edib
  22 Fevral 2025    Oxunub:387
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun və Böyük Britaniyanın baş naziri Keir Starmerin Ukraynadakı müharibəni dayandırmaq üçün “heç nə etmədiklərini” deyib.
AzVision.az xəbər verir ki, bu ittiham hər iki liderin Ağ Evə səfəri ərəfəsində Donlad Trampın “Fox News” telekanalına müsahibəsində səsləndirilib. Bununla belə, tənqidlərə baxmayaraq, Tramp Makronu “dost” hesab etdiyini bildirib və Starmeri “çox yaxşı oğlan” adlandırıb.

Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Qeyd edək ki, Makron Vaşinqtona gələn bazar ertəsi, Starmer isə gələn cümə günü gələcəklər.

Bundan əvvəl onlar Trampın Ukrayna lideri Volodimir Zelenskini “diktator” adlandırması barədə bəyanatını şərh edərək, onun legitim prezident olduğunu bildiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Makron   Starmer  





Xəbər lenti