Netanyahu: İsrail HAMAS-ın girov saxladığı 63 nəfəri geri qaytarmaqda qərarlıdır

  Netanyahu:  İsrail HAMAS-ın girov saxladığı 63 nəfəri geri qaytarmaqda qərarlıdır
  22 Fevral 2025    Oxunub:457
İsrail Qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıdır.
AzVision.az İsrail hökümətinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu bildirib.

“İndiyədək 192 girovu geri qaytarmışıq. Onlardan 147-si sağ, 45-i isə ölüdür. HAMAS hələ də 63 nəfəri girov saxlayır. İsrail hökuməti bütün vətəndaşlarımızı geri qaytarmaq üçün qətiyyətli addımları davam etdirməyə sadiqdir”, - Baş nazir qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti