Vens: "ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır"

      Vens:  "ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır"
  23 Fevral 2025    Oxunub:441
"Amerika Birləşmiş Ştatları Ukraynada prezident seçkilərinin keçirilməsi üçün səylərini davam etdirəcək".
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “The National Pulse” xəbər portalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, müharibə zamanı "seçkilər keçirilə bilməz" fikri gülüş doğurur:

“ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, seçkilər keçirilməlidir. Bilirsiniz ki, bu, Amerika siyasətidir, kifayət qədər sadə və aydındır”.

Qeyd edək ki, Volodimir Zelenski 2019-cu ildə Ukrayna prezidenti seçilib və həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb.

Bu ölkədə dövlət başçısı beş il müddətinə seçilir, seçkilərin 2024-cü ilin martında keçirilməsi planlaşdırılırdı. Lakin Ukrayna qanunvericiliyinə görə, ölkədə hərbi vəziyyət dövründə, xüsusən də prezident seçkilərinin keçirilməsi qadağandır.

AzVision.az



Teqlər:





Xəbər lenti