Papa Fransiskin vəziyyətinin ağır olaraq qaldığı bildirilir

Papa Fransiskin vəziyyətinin ağır olaraq qaldığı bildirilir
  23 Fevral 2025    Oxunub:391
İkiqat pnevmoniyadan əziyyət çəkən Papa Fransisk huşunu itirsə də, vəziyyəti ağır olaraq qalır.
AzVision.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında 88 yaşlı papanınk böyrək çatışmazlığının başlanğıcını yaşadığı bildirilir.

"Baxmayaraq ki, o, əvvəlki günlərdə olduğu kimi respirator böhranın təkrarını yaşamayıb papanın statusu kritik olaraq qalır. Bəzi qan analizləri başlanğıc yüngül böyrək çatışmazlığını göstərir ki, hazırda bu vəziyyət nəzarət altındadır. Yüksək axınlı oksigen terapiyasına burun boruları vasitəsilə davam erdirilir", - məlumatda deyilir.

Bundan başqa Papa Fransiskin huşunun yerində olduğu və xəstəxanada ona baxanlarla birlikdə ayində iştirak etdiyi bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti