Sərgi ziyarətçiləri üçün stenddə Azərbaycan qastronomiyasını tanıtmaq məqsədilə milli şirniyyatlar, eləcə də Azərbaycan çayı təqdim olunub, ziyarətçilərə ölkəmizin mətbəx ənənələrini daha yaxından tanımaq imkanı yaradılıb.
Azərbaycan stendini ölkəmizin Hindistandakı səfiri Elçin Hüseynli ziyarət edib.
Qeyd edək ki, Cənubi Asiyanın aparıcı turizm sərgisi “SATTE” Azərbaycan turizminin Hindistan bazarında mövqeyini möhkəmləndirmək, sənaye liderləri ilə əlaqələr yaratmaq və yeni əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün mühüm platformadır.
2025-ci ilin yanvar ayında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 17 073 nəfər təşkil edib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 68% artımdır.
Ümumilikdə 2024-cü il ərzində Cənubi Asiya regionundan Azərbaycana səfər sayı 335 727 təşkil edib. Bu isə öz növbəsində 2023-cü illə müqayisədə 85%-dən çox artımdır.
AzVision.az