Moskva Ukraynada atəşkəsin riskli olduğunu düşünür

   Moskva Ukraynada atəşkəsin riskli olduğunu düşünür
  24 Fevral 2025    Oxunub:278
Münaqişənin əsas səbəblərini aradan qaldırmadan Ukraynada atəşkəs Moskva və Vaşinqton arasında münasibətlər də daxil olmaqla, nəticələrə təhlükə yaradır.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkovun dediyinə görə, Moskva özünün bu mövqeyini Ər-Riyaddakı görüşdə ABŞ nümayəndələrinə çatdırıb.

“Biz yəqin ki, Amerika tərəfinin tezliklə atəşkəs rejiminə keçmək istəyini kifayət qədər əminliyi qeyd edə bilərik. Lakin uzunmüddətli nizamlanma olmadan atəşkəs rejimi atəşin erkən bərpasına aparan yoldur. Yeni münaqişə isə daha ağır nəticələr verə bilər”, - rusiyalı məmur bildirib.

ABŞ və Rusiyanın Ukrayna üzrə sülh planı
Ryabkovun fikrincə, Ukraynada və onun ətrafında baş verənlərin kök səbəblərinin aradan qaldırılmasını əhatə edən uzunmüddətli həll yolu tapmaq zəruridir. Həmçinin, digər məsələlərlə yanaşı, NATO-nun genişlənməməsi və Ukraynada rusdilli əhalinin “sözün əsl mənasında tapdalanan” hüquqlarının təmin edilməsi ilə məşğul olmaq lazımdır.

Xatırladaq ki, Rusiya ilə ABŞ arasında danışıqların ilk raundu fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. ABŞ prezidenti Donald Tramp bu görüşdən sonra Ukraynadakı hərbi münaqişənin həllinə “daha inamlı” olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putin danışıqları yüksək qiymətləndirərək, onların səmərəli keçdiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ryabkov   atəşkəs   risklər  





Xəbər lenti