İsraillə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

İsraillə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
  24 Fevral 2025    Oxunub:258
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ilə İsrail parlamentinin deputatları arasında keçirilən görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
AzVision.az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz Knessetin üzvləri, “Abraham Accords” fraksiyasının həmsədrləri, deputatlar Maykl Biton və Dan İllouz ilə Azərbaycan və İsrail arasında artan əməkdaşlığı müzakirə etdik. Onlar bu tərəfdaşlığın strateji əhəmiyyətini vurğuladılar və onun gələcək inkişafı üçün dəstəklərini bildirdilər”, - M.Məmmədov yazıb.


AzVision.az


Teqlər:





Xəbər lenti