Tramp və Makronun Ağ Evdə görüşü başlanıb

Tramp və Makronun Ağ Evdə görüşü başlanıb
  24 Fevral 2025    Oxunub:341
Fransa prezidenti Makron ABŞ-dadır.
AzVision.az ki, o, Trampla görüşmək üçün Ağ Evə gəlib.

ABŞ və Fransa prezidentləri G7 liderləri ilə telefon danışıqlardan sonra Oval kabinetdə ikitərəfli görüş keçirəcəklər.

Makronun səfəri Rusiyanın Ukraynaya təcavüzünün üç illiyinə təsadüf edir.

Xatırladaq ki, “Politico” nəşri yazıb ki, Fransa prezidenti Makron ABŞ prezidenti Trampa Avropa qüvvələrini Ukraynaya göndərmək planını təklif edəcək.

“Politico” yazır ki, Fransa prezidenti Trampa Ukraynaya 30 minə yaxın avropalı hərbçi yerləşdirmək təşəbbüsünü təqdim etmək niyyətindədir.

Missiyada aparıcı rolu Fransa və Böyük Britaniya oynamalıdır.

Paris bu yolla Avropanın zəifliyi haqqında rəvayətləri təkzib etməyə və region ölkələrinin münaqişənin həlli ilə bağlı öz baxışlarına malik olduğunu nümayiş etdirməyə çalışır.

Fransız diplomatlar həmçinin ümid edirlər ki, Makron Trampı Avropa ilə ticarət əlaqələrinin saxlanmasının vacibliyinə və ABŞ-ın maraqlarına uyğun olaraq onun təhlükəsizliyinin qorunmasının vacibliyinə inandıra bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti