Papa Qəzza ilə əlaqə saxlayıb

Papa Qəzza ilə əlaqə saxlayıb
  25 Fevral 2025    Oxunub:309
266-cı Roma Papası, 88 yaşlı Fransisk ağır vəziyyətdə müalicə aldığı xəstəxanadan Qəzza şəhərindəki kilsə ilə telefonla əlaqə saxlayıb.
Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatına görə, vəziyyəti kritik qiymətləndirilən Papa Fransiskin axırıncı laboratoriya testlərində cüzi dərəcədə yaxşılaşma qeydə alınıb. O, müalicə şəraitdə müəyyən işlərinə yenidən başlayıb.

"Fransisk yaxşı əhval-ruhiyyədədir, ağrısı yoxdur və təbii yolla qidalanır. Axşam saatlarında öz papalıq xeyir-duasını vermək naminə Qəzza kilsəsinin keşişi Qabriel Romanelli ilə danışıb. O, sözügedən kilsə ilə müharibə başlayandan bəri mütəmadi əlaqə saxlayır" , - məlumatda vurğulanır.
Vatikan: "Papa ağır xəstədir"

Xatırladaq ki, Papa Fransisk fevralın 14-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun immunitetinin xeyli zəiflədiyi, hər iki ağciyərində astmatik bronxit əmələ gəldiyi və pnevmoniya başladığı diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Vatikan   papa   xəstəlik   Qəzza  





Xəbər lenti